Britaniyalı azarkeşlər Rusiya bayrağını tapdalayıblar

Britaniyalı azarkeşlər Rusiya bayrağını tapdalayıblar
# 15 iyun 2016 04:52 (UTC +04:00)

Bakı-APA. Avro-2016 çərçivəsində Rusiya-Slovakiya matçının bu gün keçiriləcəyi Fransanın Lil şəhərində azarkeşlər dava salmaq üçün təxribatlara əl atırlar.

APA-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, britaniyalı azarkeşlər rusiyalı futbol fanatlarını toqquşmalara təhrik etmək məqsədilə Rusiya bayrağını tapdalayıblar.

Videoda həmçinin britaniyalı fanatların yerli imkansız uşaqlara xırda pul atması, onları biri-biri ilə dalaşdırması əks olunub.

Qeyd edək ki, ötən gün UEFA Fransada keçirilən “Avro 2016” futbol çempionatında Rusiya-İngiltərə oyunundan sonra rusiyalı azarkeşlərin qanuna zidd əməlləri ilə bağlı qərarını açıqlayıb.

Rusiya yığması 150 min avro cərimələnərək şərti olaraq turnirdən kənarlaşdırılıb.

Şərti cəza o anlama gəlir ki, əgər çempionat ərzində bir daha belə hal təkrarlanarsa, Rusiya yığması “Avro 2016”dan uzaqlaşdırılacaq.

Qeyd edək ki, İngiltərə ilə Rusiya arasında 1-1 nəticələnən matçdan sonra ingilis və rus azarkeşlər arasında kütləvi dava-dalaş baş verib. Bundan başqa, Marsel şəhərində baş verən toqquşmalarda ağır yaralananlar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR