"Misir Azərbaycan uşaqlarının gözü ilə" adlı rəsm sərgisi keçirilib

"Misir Azərbaycan uşaqlarının gözü ilə" adlı rəsm sərgisi keçirilib
# 14 aprel 2016 15:05 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “Esmeralda” rəsm studiyası ilə birgə “Misir Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisi keçirilib.

Mərkəzdən APA-ya verilən məlumata görə, mərkəzin müdiri Əhməd Sami Elaydi Misir və Azərbaycan mədəni əlaqələri haqqında geniş danışandan sonra Misirin tarixi, mədəniyyəti və turizmi haqqında film nümayiş etdirilib.

Sərgidə Misirin Azərbaycandakı səfiri Suzan Cəmil iki ölkənin dostluğunu kiçik yaşlı uşaqlar tərəfindən rəsmlərdə göstərilməsini alqışladığını bildirib, onların hər birinə uğurlar arzulayaraq belə sərgilərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb.

Sonda səfirin iştirakı ilə rəsm əsərlərinin müəllifləri mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR