Ramana-Maştağa yolunun tikintisinə 2,5 milyon manat ayrılıb

Ramana-Maştağa yolunun tikintisinə 2,5 milyon manat ayrılıb
# 18 mart 2016 15:38 (UTC +04:00)

APA-nın məlumatına görə, 86 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Ramana-Maştağa avtomobil yolunun tikintisi məqsədi ilə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi ilə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə müvafiq məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR