Azərbaycanda kinofilmlərin nümayişi zamanı reklam yayımlanması qadağan edilib

Azərbaycanda kinofilmlərin nümayişi zamanı reklam yayımlanması qadağan edilib
# 05 sentyabr 2016 23:03 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Filmlərin yayımı və nümayişi Qaydaları”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, bu Qaydalar mülkiyyət formasından, buraxılış vaxtından və yerindən, texnikasından və istehsal üsullarından asılı olmayaraq milli, xarici və ya müştərək bədii, xronikal, sənədli, elmi-kütləvi, təhsil, cizgi və başqa janrlarda çəkilmiş filmlərin qanunsuz nümayişi, pornoqrafiya və zorakılıq təbliğ edən filmlərin yayımının qarşısının alınması, tamaşaçı auditoriyasının yaş kateqoriyalarının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində bütün filmlərin yayımı və nümayiş etdirilməsi qaydalarını müəyyən edir.

Qaydaya edilən dəyişikliyə əsasən kino xidməti göstərilərkən reklam kinoteatrın foyesində yayımlana bilər. Kinofilmlərin (əvvəli istisna olmaqla) nümayişi zamanı reklam yayımlanması qadağandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR