ABŞ İraq və Suriyada zərbələr nəticəsində 14 dinc sakinin öldüyünü etiraf edib

ABŞ İraq və Suriyada zərbələr nəticəsində 14 dinc sakinin öldüyünü etiraf edib
# 29 iyul 2016 02:32 (UTC +04:00)

Bakı-APA. ABŞ hərbçiləri İraq və Suriyada 2015-ci ilin iyulundan 2016-cı ilin aprelinədək “Əl Qaidə” və İŞİD terror qruplaşmalarının mövqelərinə endirilən aviazərbələr nəticəsində 14 dinc sakinin öldüyünü etiraf ediblər.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Mərkəzi Komandanlığının məlumatında bildirilir.

Məlumata görə, insidentlər nəticəsində 1 nəfər yaralanıb.

ABŞ ordusunun komandanlığı dinc sakinlərin qəsdən öldürülmədiyini qeyd edərək, insidentlərdən çox təəssüfləndiyini bildirib və ölənlərin yaxınlarına başsağlığı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR