Respublika stadionuna müvəqqəti direktor təyin edilib

Respublika stadionuna müvəqqəti direktor təyin edilib
# 14 oktyabr 2015 12:44 (UTC +04:00)

Bakı – APA. Tofiq Bəhramov adına Respublika stadionunun yeni direktorunun adına aydınlıq gəlib. Gənclər və idman nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın apasport.az saytına verdiyi məlumata görə, mərkəzi arenada bu post Şamil Quliyevə həvalə edilib.

Məmmədova bildirib ki, yeni direktor bu vəzifəyə müvəqqəti təyin edilib: “Əgər Quliyev sınaq müddətindən uğurla keçərsə, direktor vəzifəsini davam etdirəcək”.

Qeyd edək ki, Quliyev bu vəzifədə bir müddət öncə istefa verən Akif İsmayılovu əvəzləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR