Bu il ərzində Azərbaycanda 150-yə qədər yeni standart qəbul edilib

Bu il ərzində Azərbaycanda 150-yə qədər yeni standart qəbul edilib
# 18 noyabr 2015 13:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu il ərzində Azərbaycanda 150-yə qədər yeni standart qəbul edilib.

APA-Economics”“in məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədri Ramiz Həsənov “Caspian European Club”un bu gün təşkil etdiyi görüşdə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, daha əlavə olaraq 140 standart neft sahəsinə aid olub. “Bu standartlar SOCAR-ın sifarişi ilə Standartlaşdırma İnstitutu tərəfindən hazırlanıb. Artıq bu standartlar standart bazasına daxil edilib və SOCAR tərəfindən yeni tikiləcək neft-qaz və neft-kimya kompleksində istifadə olunur”.

O qeyd edib ki, hazırda komitənin standart fonduna 900 milli standart və 20 minə yaxın beynəlxalq və dövlətlərarası standart daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR