Lənkəranda yol tikintisinə 900 min manat ayrılıb

Lənkəranda yol tikintisinə 900 min manat ayrılıb
# 29 avqust 2016 16:22 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Lənkəran şəhərinin Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, 10 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 900 min manat ayrılıb.

Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə müvafiq məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR