Xırdalanda ev yanıb, 1 nəfər yanıq xəsarəti alıb

Xırdalanda ev yanıb, 1 nəfər yanıq xəsarəti alıb
# 04 sentyabr 2016 16:24 (UTC +04:00)

Bakı-APA. Bu gün Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə və dam örtüyü 70 m² sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR