Bakı. Musa Əhmədov – APA-Economics. Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 92,9%-i daxildən idarə olunur.
Fondun qarşısında duran prioritet məsələlərdən biri məhz ölkədə vəsaitlərin idarə edilməsi sahəsində qabaqcıl beynəlxalq standartların tətbiqi və təşviqinin həyata keçirilməsidir: “ARDNF üçün bu istiqamətdə lazımi bilik və təcrübənin əldə olunması ilə tədricən bütün vəsaitlərin daxildən idarəetməyə keçirilməsinin təşkili xüsusi əhəmiyyətə malikdir”.
Fonddan o da bildirilib ki, 2015-ci ilin dekabr ayının nəticələrinə əsasən investisiya portfelinin 7,1%-i xarici menecerlər tərəfindən idarə edilir: “ARDNF-nin vəsaitlərin idarə olunmasında xarici menecerlərin xidmətlərindən istifadə edilməsi onların müvafiq sahələrdəki bilik və bacarıqlarından faydalanmaq, eləcə də qabaqcıl dünya təcrübəsinin daxili idarəetmədə olan portfelə tətbiqi nöqteyi-nəzərindən ciddi əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, ARDNF-nin vəsaitlərinin bir hissəsi aşağıda qeyd edilən xarici menecerlər tərəfindən idarə olunur:
Sabit gəlirli qiymətli kağızlar üzrə:
• Dünya Bankı – ARDNFnin aktivlərinin 224 milyon ABŞ dollarından (0,7%) artıq hissəsini idarə edir.
• “Deutsche Bank Advisors” – ARDNF-nin aktivlərinin təxminən 100 milyon ABŞ dollarından (0,3%) artıq hissəsini idarə edir.
Səhmlər üzrə:
• “UBS Asset Management” – ARDNF-nin aktivlərinin 1 248 milyon ABŞ dollarından (3,7%) artıq hissəsini idarə edir.
• “State Street Global Advisors (SSgA)” – ARDNF-nin aktivlərinin 804 milyon ABŞ dollarından (2,4%) artıq hissəsini idarə edir