Səfir: “Azərbaycan-Hindistan əlaqələri gündən-günə inkişaf etməkdədir”

Səfir: “Azərbaycan-Hindistan əlaqələri gündən-günə inkişaf etməkdədir”
# 02 sentyabr 2016 17:29 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Azərbaycan-Hindistan dostluq əlaqələri gündən-günə inkişaf etməkdədir. Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahədə əməkdaşlıq və mübadilə layihələri həyata keçirilir”.

APA-nın xəbərinə görə, bunu Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana bildirib.

Səfir qeyd edib ki, hazırda dünyada iqtisadi cəhətdən müəyyən çətinliklər yaşansa da, Azərbaycan və Hindistan arasında ikitərəfli münasibətlər inkişaf etməkdədir: “Hindistandan çoxlu sayda iş adamları Azərbaycana gəlir. Xüsusilə də viza sadələşdirilməsindən sonra iş adamlarının gəlişi artıb. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan və onun iqtisadiyyatı Hindistan iş adamları üçün cəlbedici olub. Bu baxımdan biz Hindistandan çoxlu sayda iş adamlarının buraya gəlişinin və burada əməkdaşlıq etmələrinin şahidi oluruq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR