Ruandada zəlzələ nəticəsində 14 nəfər xəsarət alıb

Ruandada zəlzələ nəticəsində 14 nəfər xəsarət alıb
# 24 sentyabr 2016 05:22 (UTC +04:00)

Bakı-APA. Ruandanın qərbində baş verən 4,8 bal gücündə zəlzələ nəticəsində 14 nəfər xəsarət alıb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Sianququ əyalətində, ocağı isə 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir. Təbii fəlakət nəticəsində dağıntıların olduğu bildirilir.


Qeyd edək ki, ötən gün Konqo Demokratik Respublikasında baş verən zəlzələ nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR