İstirahət günlərində Azərbaycanda baş vermiş yol qəzalarında 5 nəfər ölüb

İstirahət günlərində Azərbaycanda baş vermiş yol qəzalarında 5 nəfər ölüb
# 19 oktyabr 2015 11:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda istirahət günlərində baş vermiş yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 17-də respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Oktyabrın 18-də isə respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR