İstintaq orqanlarına mətbuat vasitələrindən təkzib və ya düzəliş tələb etmək hüququ verilib

İstintaq orqanlarına mətbuat vasitələrindən təkzib və ya düzəliş tələb etmək hüququ verilib
# 20 oktyabr 2015 10:14 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin iclasında "Kütləvi informasiya vasitələri haqqında" qanuna əlavələr müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, qanunun 44-cü maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilib:

"Kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir".

Layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR