Marketlər şəbəkəsinin mənimsəmədə təqsirləndirilən baş mühasibinə hökm oxunub

Marketlər şəbəkəsinin mənimsəmədə təqsirləndirilən baş mühasibinə hökm oxunub
# 16 oktyabr 2017 10:34 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Ballı Market"lər şəbəkəsinin mənimsəmədə təqsirləndirilən baş mühasibi Fikrət Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, F. Cəfərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, F. Cəfərov vəzifə səlahiyyətlərindən istifadə edərək, marketə məxsus 83 min manatı mənimsəməkdə təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR