Kürdəmirdə yük maşını piyadanı vurub

Kürdəmirdə yük maşını piyadanı vurub
# 26 mart 2017 19:43 (UTC +04:00)

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axsam saatlarında Bakı-Qazax əsas magistral yolunun 180 -cı kilometrliyində, Kürdəmir rayonunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Qax rayon sakini, 1981-ci il təvəllüdlü Rasul Namiq oğlu Yusifov idarə etdiyi "Mercedes" markalı yük maşını ilə yolu keçən piyada 1998-ci il təvəllüdlü Hilal Kamal oğlu Qəniyevi vurub.

Ağır xəsarətlər alan piyada Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və təhqiqat Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR