Gürcüstan-Azərbaycan sərhədlərinin delimilitasiyası və demarkasiyası üzrə komissiya mübahisəli Keşikçi dağı məsələsinə də baxır

Gürcüstan-Azərbaycan sərhədlərinin delimilitasiyası və demarkasiyası üzrə komissiya mübahisəli Keşikçi dağı məsələsinə də baxır
# 07 avqust 2015 13:39 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib.

Səfirin sözlərinə görə, Azərbaycan tərəfindən komissiyanın rəhbəri, xarici işlər nazirinin müavini Xələf Xələfov, Gürcüstan tərəfindən isə David Calaqaniya arasında görüş keçirilib: "Konturlar müəyyənləşdirilib, proses davam edir”.

Diplomat mübahisəli Keşikçi dağı məsələsinə də baxıldığını qeyd edib.

Qax keşişinin Azərbaycan vətəndaşı olmadığı üçün Azərbaycana buraxılmamasına da münasibət bildirən səfir qeyd edib ki, Gürcüstan patriarxlığının nümayəndələri bu məsələ ilə əlaqədar Azərbaycana gəliblər: “Onlar Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə ilə görüşüblər. Məsələ Azərbaycan qanunvericiliyi çərçivəsində həll olunur. Azərbaycan qanunlarına görə, bütün dini rəhbərlər Azərbaycan vətəndaşı olmalıdırlar. Müəyyən müddət bəzi güzəştlər edilib, lakin bu, uzun müddət belə davam edə biməz. Azərbaycan vətəndaşı olan nümayəndələrini müəyyənləşdirəcəklər, işlər də qaydasında davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR