Azərbaycan yığması Slovakiyanı məğlub edib

Azərbaycan yığması Slovakiyanı məğlub edib
# 25 may 2015 06:48 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçular arasında Avropa çempionatının pley-off mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk qarşılaşmalar çərçivəsində Azərbaycan millisi Slovakiya yığmasını qəbul edib.

6-cı dəfə final mərhələsinin bir addımlığında olan komandamız rəqibinə heç bir şans verməyib. Voleybolçularımız hər 3 seti xeyrinə başa vuraraq, mayın 30-da baş tutacaq səfər oyunu öncəsi böyük üstünlük əldə ediblər.

İlk dueldə millimizin ən məhsuldar oyunçusu Polina Rəhimova olub. Təmsilçimiz rəqibi 23 dəfə cəzalandırıb.

Pley-off mərhələsinin digər cütündə isə Fransa evdə gözlənilmədən Sloveniyaya məğlub olub. Komandalar cavab görüşünə mayın 29-da çıxacaqlar.

Bu komandalardan fərqli, Belarus yığması final mərhələsinə vəsiqəni təmin edib. Onlar Brestdə Ukrayna millisi ilə keçirdikləri matçlarda üstünlük qazanıblar. İlk oyunda 3:0 hesabı ilə qalib gələn belaruslular cavab oyununda 2:3 hesabı ilə uduzsalar da, set fərqinə görə mərhələ adlayıblar.

Avro-2015

Pley-off mərhələsi, ilk oyunlar

23 may

Azərbaycan – Slovakiya – 3:0 (25:22; 25:18; 25:23)

Hakimlər: İlhami Şenyurt (Türkiyə), Alim Batyuk (Ukrayna)

Bakı, Voleybol Mərkəzi

Fransa – Sloveniya – 1:3 (25:17; 27:29; 21:25; 19:25)

Ukrayna - Belarus – 0:3 (19:25; 20:25; 16:25)

24 may

Belarus – Ukrayna – 2:3 (26:28; 21:25; 25:20; 25:11; 14:16)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR