"TuranBank"ın Müşahidə Şurası və İdarə Heyətinə yeni sədr təyin olunub

"TuranBank"ın Müşahidə Şurası və İdarə Heyətinə yeni sədr təyin olunub
# 10 iyul 2018 14:23 (UTC +04:00)

"TuranBank"ın Səhmdarlarının Ümumi Yığıncağının 29.06.2018-ci il tarixli qərarı ilə Bankın idarəetmə orqanlarının tərkibində dəyişikliklər edilib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, İdarə Heyətinin sədri vəzifəsini icra edən Rauf Kazımov Müşahidə Şurasının sədri seçilib, Bankın İdarə Heyəti sədrinin birinci müavini olmuş Fəzail Musayev isə İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Eyni zamanda, Bankın İdarə Heyətinin üzvü Orxan Qarayev İdarə Heyəti sədrinin müavini vəzifəsinə seçilib.

Qeyd edək ki, Bankın Müşahidə Şurasının sədri Fuad Musayev başqa işə keçməsi ilə əlaqədar vəzifəsini tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR