Birləşdirilən peşə təhsili müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Birləşdirilən peşə təhsili müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək
# 03 oktyabr 2017 11:59 (UTC +04:00)

“Azərbaycanda optimallaşdırılması aparılan peşə təhsili müəssisələrində ümumtəhsil fənn müəllimləri və mühəndis pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçiriləcək. Sonradan həmin müəssisələr üzrə yerlər elan olunacaq və müəllimlərin işə qəbulu aparılacaq”.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev deyib.

Onun sözlərinə görə, optimallaşdırma aparılmayan müəssisələrdə isə çatışmayan müəllimlərin, kadrların yerləşdirilməsi cari məsələlərdir. F. Mustafayev qeyd edib ki, bütün təhsil müəssisələrində çalışan müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş müsabiqə ilə həyata keçirilir.

Direktor bildirib ki, hazırda Təhsil Nazirliyinin keçirdiyi imtahanlardan keçmiş ümumtəhsil fənn müəllimlərinin peşə təhsili müəssisələrində yerləşdirilməsi ilə bağlı elan verilib: “Bakıda demək olar ki, optimallaşma prosesi aparılıb, nəticədə müəssisələr birləşib və yaxın gələcəkdə mühəndis pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi nəzərdə tutulub. Bundan sonra Bakı şəhərində optimallaşdırılmış müəssisələrdə mövcud olan kadrlara tələbat müəyyənləşəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR