"Panatinaikos" - "Qəbələ" matçını slovakiyalı hakimlər briqadası idarə edəcək

"Panatinaikos" - "Qəbələ" matçını slovakiyalı hakimlər briqadası idarə edəcək
# 21 avqust 2015 18:58 (UTC +04:00)

Bakı-APA. UEFA Avropa Liqası pley-off mərhələsi cavab qarşılaşmasında “Qəbələ” Afinada “Panatinaikos”la qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, artıq qarşılaşmanın hakimləri bəlli olub.

Belə ki, matçı slovakiyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi FİFA referisi İvan Krujilak təyin olunub. Ona həmyerliləri Tomas Somolani və Tomas Mokoş kömək edəcəklər.

Qarşılaşmanın 4-cü hakimi isə Peter Kraloviç olacaq.

Bu oyunda hakimlərin işinə ispaniyalı məşhur keçmiş hakim Manuel Mexito Qonzales qiymət verəcək.

UEFA nümayəndəsi isə avstriyalı Volfqanq Triyexter təyin olunub.

UEFA Avropa Liqası

Pley-off, cavab qarşılaşması

27 avqust

"Panatinaikos" - "Qəbələ"

Baş hakim: İvan Krujilak (Slovakiya)

Yan xətt hakimləri: Tomas Somolani, Tomas Mokoş (hər ikisi Slovakiya)

Ehtiyat hakim: Peter Kraloviç (Slovakiya)

Hakim inspektor: Manuel Mexuto Qonzales (İspaniya)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR