Bu il Azərbaycanın boru kəmərləri ilə neftin nəqli 8%-dək artıb

Bu il Azərbaycanın boru kəmərləri ilə neftin nəqli 8%-dək artıb
# 13 oktyabr 2017 15:54 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 32072,8 min ton neft nəql edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqletmənin 78,7%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və bu ilin yanvar-sentyabr ayları ərzində bu kəmər vasitəsilə 25229,8 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 4805,7 min ton tranzit nefti də nəql edilib.

Bu ilin 9 ayında Azərbaycanın magistral qaz kəmərləri ilə 16207,9 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8% artım müşahidə olunub. Qazın nəqlinin 33,2%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 5384,7 mln. kubmetr qaz ötürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR