Avropa Azərbaycan Məktəbinin şagirdləri beynəlxalq elm festivalında mükafat qazanıblar

Avropa Azərbaycan Məktəbinin şagirdləri beynəlxalq elm festivalında mükafat qazanıblar
# 04 yanvar 2018 12:21 (UTC +04:00)

Avropa Azərbaycan Məktəbi 3-cü Beynəlxalq Elm Festivalında təmsil olunub.

Avropa Azərbaycan Məktəbindən (EAS) APA-ya verilən məlumata görə, ötən ilin sentyabr ayından etibarən EAS-ın müəllimləri Elvin Abdullayev və Mələk Əzizova şagirdlərlə Ekologiya mövzusunda elmi layihə üzərində işləyiblər.

Dekabr ayında Azərbaycan Britaniya Kollecində keçirilən 3-cü Beynəlxalq Elm Festivalında Alternativ Enerji Mənbələri və Ekologiya adı altında keçirilən tədbirdə məktəbin 2 komandası – 10-cu B sinif şagirdləri - Ülvi Cabbarov, Fuad Xasıyev və Həsən Şiriyev qızıl və gümüş mükafatlara layiq görülüblər.

Tədbirdə 67 layihə və müxtəlif özəl məktəblərin komandaları öz elmi layihələri ilə təmsil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR