Rusiya ilə İran Suriya nizamlanmasına dair mövqelərini bir daha təsdiqləyib

Rusiya ilə İran Suriya nizamlanmasına dair mövqelərini bir daha təsdiqləyib
# 28 mart 2017 16:39 (UTC +04:00)

Rusiya və İran Suriya münaqişəsinin siyasi-diplomatik yolla nizamlanmasının tərəfdarıdır.

APA-nın məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Həsən Ruhani arasında keçirilən görüşün yekunlarına dair birgə bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, Rusiya və İran Suriyanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır, münaqişənin sülh yolu ilə həllinə alternativin olmadığını hesab edir: “Biz Suriya hakimiyyəti, ordusu və xalq müqavimət qüvvələrinin 6 il ərzində İŞİD, Əl-Nusra Cəbhəsi və onlarla əlbir olan digər terrorçu təşkilatlara qarşı mübarizəsini səyləri tam dəstəkləyirik”.

Bəyanatda Suriya münaqişəsinə dair Astanada danışıqların keçirilməsinə şərait yaradan Rusiya, İran və Türkiyənin birgə fəaliyyəti xüsusilə vurğulanıb. Qeyd olunub ki, həmin fəaliyyət nəticəndə Suriyada effektiv və davamlı atəşkəs rejiminə nail olunub. Tərəflərin qənaətinə görə, bu əməkdaşlıq BMT himayəsi altında Suriyaya dair keçiriləcək Cenevrə danışıqları yolunda vacib addımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR