Netanyahu ABŞ Mərkəzi Kəşfiyyat Xidmətinin rəhbəri ilə görüşüb - YENİLƏNİB

Netanyahu ABŞ Mərkəzi Kəşfiyyat Xidmətinin rəhbəri ilə görüşüb - YENİLƏNİB
# 08 may 2024 17:03 (UTC +04:00)

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Mərkəzi Kəşfiyyat Xidmətinin rəhbəri Uilliam Börnslə görüşüb.

APA xəbər verir ki, bu barədə "Times of Israel" İsrail hökumətindəki mənbəyə istinadən bildirib.

Görüşə MOSSAD-ın rəhbəri David Barnea, Strateji Məsələlər üzrə nazir Ron Dermer və digər yüksək səviyyəli rəsmilər də qatılıb.

Jurnalist Barak Ravid isə "X" hesabında İsrailin yüksək səviyyəli rəsmisinə istinad edərək yazıb ki, görüşdə HAMAS-la girov razılaşmasına nail olmaq səyləri müzakirə edilib.

Xatırladaq ki, medianın məlumatına görə, İsrail nümayəndə heyəti HAMAS-la danışıqları davam etdirmək üçün hələ də Qahirədədir.

***

12:23

İsrailin Baş naziri Benyamin Netanyahu bu gün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns ilə görüşəcək.

APA “The Times Of İsrael”-ə istinadən xəbər verir ki, Baş nazir Benyamin Netanyahu ilə yanaşı, ölkənin strateji işlər naziri Ron Dermer və digər yüksək səviyyəli İsrail rəsmiləri bu gün Börnslə görüşəcək.

Görüşlərin əsas mövzuları İsrailin Qəzzada davam edən əməliyyatı və girovların azad olunması prosesi olacaq.

Zümrüd Paşkin

Lamiyə Şirinova

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR