Vətəndaşı şantaj etməkdə təqsirləndirilən şəxslərin məhkəməsində polis əməkdaşı ifadə verib

Vətəndaşı şantaj etməkdə təqsirləndirilən şəxslərin məhkəməsində polis əməkdaşı ifadə verib
# 20 iyun 2018 10:53 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları - Elmira Məmmədova, Natəvan Mehdiyeva və Yeganə Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə polis əməkdaşı Şahlar Quliyev ifadə verib.

O bildirib ki, zərərçəkmiş Şirin Abdullayev polisə müraciət edərək, ona qarşı hədə-qorxu ilə pul tələb edildiyini iddia edib: "Bu məlumatlar daxil olduqdan sonra tərəfimizdən dərhal araşdırma başlandı. Zənglər, səs yazıları araşdırıldı. Kifayət qədər dəlil-sübut olduğu üçün təqsirləndirilən şəxslər barəsində cinayət işi başlandı".

Sonra şahid vəkil və təqsirləndirilən şəxslərin suallarını cavablandırıb.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natəvan Mehdiyeva və Yeganə Əhmədova Binəqədi rayonunda yerləşən restoranda Şirin Abdullayev adlı vətəndaşdan barəsində rüsvayedici məlumatlar yaymamaq üçün 3 min manat pul alan zaman saxlanılıblar.

R. Qasımov Milli Məclisin mətbuat xidmətinin əməkdaşı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR