Mosulda İŞİD liderinin yaxın qohumu tutulub

Mosulda İŞİD liderinin yaxın qohumu tutulub
# 05 mart 2017 18:04 (UTC +04:00)

Qərbi Mosulda İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadinin əmisi oğlu saxlanlıb.

APA-nın xəbərinə görə, bu barədə “Al Sumaria” telekanalı məlumat verib.

Onun adı açıqlanmasa da Mosulun Əl-Cusak rayonunda yaxalandığı bildirilir. Adıçəkilən ərazi bir müddət əvvəl terrorçulardan təmizlənib.

İraqın Mosul şəhəri 2014-cü il, iyunun 10-da İŞİD silahlıları tərəfindən ələ keçirilib. Fevralın 19-a Mosul şəhərinin qərbinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı başlayıb. Şərqi Mosul ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə keçən ilin oktyabrında başlayan əməliyyat nəticəsində terrorçulardan azad edilib. Mosulun azad edilməsi əməliyyatı 17 oktyabr 2016-cı ildə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR