Səfir: “Türkmənistanla Azərbaycan strateji tərəfdaşdır”

Səfir: “Türkmənistanla Azərbaycan strateji tərəfdaşdır”
# 04 dekabr 2017 09:06 (UTC +04:00)

“Türkmənistanla Azərbaycan strateji tərəfdaşdır”.

APA-nın məlumatına görə, bunu Türkmənistanın Azərbaycandakı səfiri Məkan İşankuliyev keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, iki ölkə xalqlarını tarixən eyni mədəniyyət, eyni köklər, eyni ənənələr bağlayır: "Ölkələrimiz coğrafi baxımdan çox yaxşı mövqedə - beynəlxalq nəqliyyat xətləri üzərində və Xəzərin sahilində yerləşir. İqtisadi əlaqələrin inkişafı ticarət dövriyyəsinin artmasına səbəb olur. Əlaqələrimiz həm enerji, həm də nəqliyyat sahəsində inkişaf edir. Bu ilin avqustun 8-9-da Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Azərbaycana səfər edib. Yüksək səviyyəli danışıqlar oldu. Paket sənədlər qəbul edilib. Bu sənədlər əsasən iqtisadi-ticarət əlaqələrinin inkişafına dair sənədlər idi. Düşünürəm ki, bunun nəticəsində iqtisadi-ticarət əməkdaşlıq güclənəcək və iqtisadi əlaqələr genişlənəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR