Milli Qəhrəman Çingiz Qurbanovun barelyefinin açılışı olub

Milli Qəhrəman Çingiz Qurbanovun barelyefinin açılışı olub
# 15 avqust 2017 09:51 (UTC +04:00)

Bu gün Qusar rayonunda Milli Qəhrəman Çingiz Qurbanovun adını daşıyan küçədə onun barelyefinin açılışı keçirilib.

APA-nın şimal bürosunun məlumatına görə, açılış mərasimində Qusar rayon İcra Hakimiyyətinin rəhbərliyi, deputat Azər Badamov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edənlər Çingiz Qurbanovun qəhrəmanlığından danışıblar. Milli Qəhrəmanın atası Salman Qurbanov oğluna, şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və qayğıya görə ölkə başçısına təşəkkürü bildirib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Salman oğlu Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhid olub. Ç. Qurbanovun meyiti beynəlxalq təşkilatlarla əlaqəli iş nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra şəhid fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib. Fevralın 7-də prezident ölkənin ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə sərəncam imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR