Tovuzda avtomobil aşıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Tovuz-Qaralar avtomobil yolunun Azaflı kəndi ərazisindən keçən hissəsində baş verib.
“Niva” markalı minik avtomobili yolun kənarına aşıb. Qəza zamanı iki Tovuz sakini - 1994-cü il təvəllüdlü Cavid Əliyev və 1995-ci il təvəllüdlü Kəramət Aslanzadə xəsarət alıb. Onlar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta ağır qiymətləndirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.