Dövlət qulluğunun test imtahanına qeydiyyat davam edir

Dövlət qulluğunun test imtahanına qeydiyyat davam edir
# 06 fevral 2018 09:08 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 fevralda inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

DİM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq.

İmtahanda iştirak etmək etmək üçün qeydiyyat fevralın 11-dək davam edəcək.

Qeyd olunub ki, 6 fevral saat 11:45-dək olan məlumata əsasən, imtahanda iştirak etmək üçün BA vəzifə qrupu üzrə 141, BB vəzifə qrupu üzrə 396 nəfər olmaqla, ümumilikdə 537 nəfər qeydiyyatdan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR