Almaniyada qaçqın mərkəzində yanğın nəticəsində 50-dən çox miqrant xəsarət alıb

Almaniyada qaçqın mərkəzində yanğın nəticəsində 50-dən çox miqrant xəsarət alıb
# 05 yanvar 2017 22:47 (UTC +04:00)

Almaniyanın qərbindəki qaçqın mərkəzlərindən birində yanğın nəticəsində 50-dən çox miqrant xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Höfelhof şəhərində (Şimali Reyn-Vesfaliya torpağı) 500-dək qaçqının müvəqqəti yerləşdirildiyi keçmiş hərbi kazarmalarda baş verib.

Polisin məlumatına görə, ağır xəsarət almış bir neçə şəxs xəstəxanaya yerləşdirilib, qalanlarına tibbi yardım hadisə yerindəcə göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR