Braziliyada ABŞ-ın vitse-konsulu güllə yarası alıb

Braziliyada ABŞ-ın vitse-konsulu güllə yarası alıb
# 24 noyabr 2017 18:41 (UTC +04:00)

ABŞ-ın Braziliyadakı vitse-konsulu Stefani Masland Bolen güllə yarası alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Rio-de-Janeyro ştatı, Anqra-dus-Reys kurort şəhərinə gedən avtomagistralda baş verib.

Məlumata görə, qadın diplomat oğurluğa cəhd zamanı ayağından yaralanıb. S.M.Bolen xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ilə bağlı məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR