Azərbaycanda neft hasilatı 6%-ə yaxın azalıb

Azərbaycanda neft hasilatı 6%-ə yaxın azalıb
# 30 yanvar 2018 11:48 (UTC +04:00)

Ötən il ərzində ölkədə ümumilikdə 38 mln. 688,9 min ton neft hasil edilib ki, bu da 2016-cı ilin göstəriciləri ilə müqayisədə 5,7% azdır.

APA-Economics”in məlumatına görə, bu barədə Energetika Nazirliyinin 2017-ci il üçün Yanacaq-energetika kompleksində fəaliyyətinə dair hesabatında deyilir.

Məlumata görə, ötən il ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 28 mln. 906,4 min ton xam neft hasil edilib. AÇG-dən neft hasilatının həcmi 2016-cı ilə nisbətən 6,8% azalıb.

Hasil olunan neftin 2 mln. 355,4 min tonu “Şahdəniz”in (kondensat) payına düşüb ki, bu da 2016-cı il ilə müqayisədə 5,47% azdır.

Hasil olunan neftin 7 mln. 427,1 min tonu SOCAR-ın payına düşüb ki, bu da 2016-cı ilin hasilatı ilə müqayisədə 1,27% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR