ETSN Daşkəsəndə reyd keçirib

ETSN Daşkəsəndə reyd keçirib
# 22 may 2018 14:03 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən reyd keçirilib.

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reyd zamanı Daşkəsən rayonu Zağalı kəndi ərazisinə heyvandarlıq təsərrüfatında əmələ gələn tullantıların atıldığı və ətrafa iy-qoxunun yayıldığı aşkar edilib.

Araşdırma zamanı tullantıların Daşkəsən rayon sakini Rizvan Süleymanov tərəfindən atıldığı müəyyən olunub və faktla bağlı protokol tərtib edilib.

Qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində 500 manat məbləğində cərimə olunub. Tullantıların ərazidən təmizlənməsi üçün R.Süleymanova icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR