ABŞ müdafiə naziri: "Türkiyənin legitim təhlükəsizlik qayğıları var"

ABŞ müdafiə naziri: "Türkiyənin legitim təhlükəsizlik qayğıları var"
# 22 yanvar 2018 07:41 (UTC +04:00)

ABŞ müdafiə naziri Ceyms Mattis Türkiyənin Suriyanın Afrin bölgəsindən həyata keçirdiyi hərbi əməliyyata münasibət bildirib.

APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, C. Mattis Cənub Şərqi Asiya regionuna səfərə gedərkən təyyarədə media nümayəndələrinin suallarını cavablandırıb. Pentaqon rəhbəri qeyd edib ki, Türkiyə önəmli NATO müttəfiqidir: "Türkiyənin legitim təhlükəsizlik qayğıları var".

C. Mattis əməliyyatdan əvvəl Türkiyənin ABŞ-ı məlumatlandırdığını söyləyib: "Türkiyə açıq davrandı və hava əməliyyatından öncə bizi xəbərdar etdi".

Nazir bölgədəki ABŞ hərbçilərinin təhlükədə olmadığını da əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR