Mənzillərdən oğurluq edən şəxslər saxlanılıb

Mənzillərdən oğurluq edən şəxslər saxlanılıb
# 29 mart 2018 09:59 (UTC +04:00)

DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Səbail rayonu ərazisindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, məlumatla əlaqədar Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırma zamanı ev sahibi olan qadın Bayıl qəsəbəsindəki mənzilindən 200 manat və 63400 manat dəyərində qızıl əşyalarının oğurlandığını bildirib.

Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakinləri Sərxan Bayramov və Teymur Şahpələngov olduqları müəyyənləşib. Oğurladıqları qızıl-zinət əşyalarının bir çoxu polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən qadın isə mənzilindən 4000 manat və 300 ABŞ dollarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sabirabad şəhər sakini Vüqar Bağırov qısa müddətdə müəyyən edilərək saxlanılıb.


DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə rayon ərazisindəki evlərin birindən 350 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Orxan Məmmədov tutulub

.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR