Azyaşlı oğlunu öldürən ananın məhkəmə istintaqı başa çatıb

Azyaşlı oğlunu öldürən ananın məhkəmə istintaqı başa çatıb
# 06 sentyabr 2017 09:33 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. N. Qulubəyovanın qayınanası Natalya Qulubəyova deyib ki, təqsirləndirilən şəxs ilk vaxtlar normal davranıb: "Lakin sonradan davranışlarında müəyyən dəyişikliklər baş verdi. Biz heç nə anlaya bilmirdik. Biz elə bildik ki, onun xarakterində dəyişiklik olub. Nazilənin heç nəyə həvəsi yox idi - oxumağa, yazmağa, işləməyə. Ancaq öz dünyasına qapılmışdı".

Sonra məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokruror çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses sentyabrın 12-də davam etdiriləcək.

Qeyd edək ki, xristian yönümlü təriqətin üzvü olan 1983-cü il təvəllüdlü Nazilə Qulubəyova 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR