Paşha Bank
Bank Of Baku

Ötən il Azərbaycanda 2958 əkiz, 84 üçəm və 12 dördəm doğulub

Ötən il Azərbaycanda 2958 əkiz, 84 üçəm və 12 dördəm doğulub
# 16 fevral 2022 16:16 (UTC +04:00)

2021-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 112284 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,2 təşkil edib.

Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən xəbər verilib.

Bildirilib ki, körpələrdən 2958-i əkiz, 84-ü üçəm, 12-si isə dördəm doğulanlardır. Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Mil-Muğan (13,6), Dağlıq Şirvan (13,4), Quba-Xaçmaz (12,6), Lənkəran-Astara (12,5), Şərqi Zəngəzur (12,3), Qazax-Tovuz (12,2), Şirvan-Salyan (12,2), Qarabağ (11,8), Mərkəzi Aran (11,6) və Şəki-Zaqatala (11,4) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR