Azərbaycanın iqtisadiyyat və sənaye naziri İrana səfər edib

Azərbaycanın iqtisadiyyat və sənaye naziri İrana səfər edib
# 16 sentyabr 2014 11:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan-İran hökumətlərarası müştərək iqtisadi komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Tehrana səfəri başlayıb.

Bu barədə “APA-Economics”ə Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.

Məlumata görə, səfər İranın rabitə və texnologiyalar naziri Mahmud Vaezinin dəvəti ilə baş tutub və iki gün davam edəcək.

Ş. Mustafayevin başçılıq etdiyi nümayəndə heyətinə ölkənin Xarici İşlər, Energetika, Nəqliyyat Nazirliklərinin, həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndələri daxildir.

İranın “İRNA” xəbər agentliyinin yaydığı məlumata görə, Ş. Mustafayev İranın rabitə və informasiya texnologiyaları, energetika, neft, iqtisadiyyat və maliyyə nazirləri ilə görüşəcək.

Bundan başqa, Azərbaycanın iş adamlarının da daxil olduğu nümayəndə heyətinin üzvləri “İranxodro” maşınqayırma kompleksi və səhiyyə sənayesi ilə tanış olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR