Roma Papası “erməni soyqırımı”nın 100 illiyini qeyd edəcək

Roma Papası “erməni soyqırımı”nın 100 illiyini qeyd edəcək
# 18 avqust 2014 14:34 (UTC +04:00)

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Buenos-Ayresin baş yepiskopu Mario Poli bəyan edib.

“Roma Papası soyqırımın tanınması üçün messiya icra etmək barədə patriarx 19-cu Nerses Bedros vasitəsilə Erməni Katolik Kilsəsinin bir il əvvəl etdiyi müraciətə cavab verib”, - deyə pastor Pablo Hakimyan bildirib.

Agentliyin xəbərinə görə, ötən ilin iyununda Nerses Bedrosla görüşən Papa “soyqırım” hadisəsini yaşamış şəxsin qızını qəbul edib və onu dinləyərək deyib: “Bu, XX əsrin ilk soyqırımı olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR