Türkiyə Jurnalistlər Federasiyasının prezidenti: “Qarabağ mövzusu Türkiyə mediasında kifayət qədər işıqlandırılmır”

Türkiyə Jurnalistlər Federasiyasının prezidenti: “Qarabağ mövzusu Türkiyə mediasında kifayət qədər işıqlandırılmır”
# 03 oktyabr 2014 10:29 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı məsələ, ümumiyyətlə, Qarabağ problemi mövzusu Türkiyə mediasında kifayət qədər işıqlandırılmır”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Türkiyə Jurnalistlər Federasiyasının (TJF) prezidenti Atila Sertel deyib.

A. Sertel bildirib ki, Türkiyədə Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımının işıqlandırılması ilə əlaqədar bir çox işlər görülüb, lakin təbii ki, bu kifayət edəcək səviyyədə deyil: “İşğal edilmiş torpaqlar o bölgədə yaşayan xalqın, azərbaycanlıların torpaqlarıdır".

Qonaq qeyd edib ki, Xocalı soyqırımından 22 il keçməsinə baxmayaraq, faciə hələ də xatırlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR