Bakıda qeyri-rəsmi birgə yaşadığı qadına xəsarət yetirən kişi saxlanılıb

Bakıda qeyri-rəsmi birgə yaşadığı qadına xəsarət yetirən kişi saxlanılıb
# 27 iyul 2015 13:51 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda qeyri-rəsmi birgə yaşadığı qadına xəsarət yetirən kişi saxlanılıb.

APA-nın xəbərinə görə, Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğunun birgə məlumatında bildirilir ki, Sabunçu rayonu, Zabrat qəsəbə sakini Aliyə Mansurovanın qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək bədən xəsarətləri alması, eləcə də ütü vasitəsi ilə əlini yandırması faktına görə Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilməklə, kifayət qədər əsaslar olduğundan cinayət əməli Cinayət Məcəlləsinin 133.2.2-ci (əzab vermə aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə) maddəsinə tövsif edilib.

Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Rüfət Mehtiyev tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR