Azərbaycan DİN-də geniş kollegiya iclası keçiriləcək

Azərbaycan DİN-də geniş kollegiya iclası keçiriləcək
# 03 oktyabr 2011 08:02 (UTC +04:00)
APA-nın məlumatına görə, oktyabrın 8-də respublikanın bütün şəhər və rayonlarının polis rəisləri nazirliyə toplaşacaq.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə keçiriləcək kollegiya iclası axtarışda olanların tutulması, itkin düşən şəxslərin tapılması və 9 ayın yekunlarına həsr olunub. Kollegiyada, həmçinin, ölkə ərazisində baş verən cinayət hadisələri, həmin cinayətlərin açılması istiqamətin görülmüş işlər və kriminogen durum müzakirə ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR