Bakıda 23 yaşlı oğlan qətlə yetirilib

Bakıda 23 yaşlı oğlan qətlə yetirilib
# 16 mart 2013 09:27 (UTC +04:00)

Bakı. Hafiz Heydərov-APA. Bakıda qətl törədilib. Bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, ötən gecə Bakı şəhər sakini, 23 yaşlı Əjdər Həsənov çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına daxil olub və aldığı xəsarətlərdən orada dünyasını dəyişib. Hadisənin harada, hansı şəraitdə və kimin tərəfindən törədilməsi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR