Yaponiya və Azərbaycan seysmoloqları birgə layihələr hazırlayacaq - FOTO

Yaponiya və Azərbaycan seysmoloqları birgə layihələr hazırlayacaq - <span style="color: red;">FOTO
# 27 avqust 2013 16:10 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova-APA. Bakıda səfərdə olan Yaponiyanın OYO - SHİNYEİ şirkətinin nümayəndə heyəti AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) yüksəkmərtəbəli binalarda və yaşayəş binalarında zəlzələ təhlükəsinin öyrənilməsinə dair təqdimat mərasimi keçiriblər. AMEA RSXM-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, OYO - SHİNYEİ şirkətinin prezidenti Toru Kajvara təqdimat mərasimində şirkət tərəfindən hazırlanan cihazın iş prinsipi və gözlənilən təhlükə ilə bağlı ölçmələrin aparılmasına dair ətraflı məlumat verib.

AMEA RSXM-nin baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli bildirib ki, istər elm və texnologiyaların inkişafı, istərsə də zəlzələlərin öyrənilməsi sahəsində Yaponiyanın böyük təcrübəsi var.

OYO - SHİNYEİ şirkətinin prezidenti Toru Kajvara isə onların da Azərbaycan seysmoloqları ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.

Qeyd edək ki, tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədi ilə anlaşma protokolunun imzalanması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR