Xətai rayonunda sürüşmə sahəsində aparılan genişmiqyaslı tədqiqat işləri başa çatıb

Xətai rayonunda sürüşmə sahəsində aparılan genişmiqyaslı tədqiqat işləri başa çatıb
# 02 sentyabr 2013 08:17 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında ETSN-in Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov deyib. O bildirib ki, sürüşmə sahəsində yerləşən yaşayış massivində dövlət sifarişinə əsasən həyata keçirilən kompleks-geoloji tədqiqatlar avqustun sonlarında yekunlaşıb.

B. Qaralovun sözlərinə görə, ərazinin dayanıqlığını təmin etmək məqsədilə aparılan tədqiqatlar 1 ay müddətində aparılıb: “Tədqiqatlar zamanı süxurlardan nümunələr götürülüb, onlar laboratoriyalara verilib və hazırda hesablamalar, laborator analizlər aparılır. Hesablamalar ilin sonuna kimi davam edəcək və sonda hesabat hazırlanaraq hökumətə-Nazirlər Kabinetinə təqdim olunacaq”.

Sürüşmə sahələrində hazırkı vəziyyətə gəlincə, B.Qaralov qeyd edib ki, ölkənin sürüşmə zonalarında vəziyyət stabildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR