Xalq şairi Söhrab Tahir dəfn olunub - YENİLƏNİB

Xalq şairi Söhrab Tahir dəfn olunub - <span style="color: red;">YENİLƏNİB
# 05 may 2016 13:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Xalq şairi Söhrab Tahir II Fəxri xiyabanda dəfn olunub.

APA-nın xəbərinə görə, Təzə Pir məscidində keçirilən vida mərasimində baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Fitrət Qoca, mərhumun ailə üzvləri və digərlər şəxslər iştirak edib. Xalq yazıçısı Anar və xalq şairi Nəriman Həsənzadə Söhrab Tahirin xidmətlərindən danışaraq onun vəfatını Azərbaycan ədəbiyyatında itki kimi qiymətləndiriblər.

14.03

***

Bakı. Cavid Zeynallı – APA. Təzəpir məscidində xalq şairi Söhrab Tahirlə vida mərasimi başa çatıb.

APA-nın xəbərinə görə, vida mərasimində baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Fitrət Qoca, mərhumun ailə üzvləri və digərlər şəxslər iştirak edib. Xalq yazıçısı Anar və xalq şairi Nəriman Həsənzadə Söhrab Tahirin xidmətlərindən danışaraq onun vəfatını Azərbaycan ədəbiyyatında itki kimi qiymətləndiriblər.

Mərhumun cənazəsi dəfn olunmaq üçün II Fəxri Xiyabana aparılıb.

Qeyd edək ki, Söhrab Tahir mayın 4-də 90 yaşında dünyasını dəyişib.

***

12:13

Bakı. Cavid Zeynallı – APA. Təzə Pir məscidində xalq şairi Söhrab Tahirlə vida mərasimi başlayıb.

APA-nın məlumatına görə, vida mərasimində mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, katibi Fikrət Qoca, xalq yazıçısı Çingiz Abdullayev, xalq şairi Nəriman Həsənzadə, xalq yazıçısı Mövlud Süleymanlı, yazıçı Natiq Rəsulzadə, Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri iştirak edir. Vida mərasimi saat 14.00-dək davam edəcək.

Mərhum xalq şairi ll Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Söhrab Tahir mayın 4-də 90 yaşında dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR