Anarın “Yaşamaq haqqı” kitabı Türkiyədə çap olunub

Anarın “Yaşamaq haqqı” kitabı Türkiyədə çap olunub
# 10 may 2016 12:41 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Xalq yazıçısı Anarın “Yaşamaq haqqı” traktatı Ankarada çapdan çıxıb.

APA-nın xəbərinə görə, kitabı türkcəyə tərcüməçi Məhməd Reza Qoçi çevirib.

Kitab İLESAM təşkilatının rəhbəri Məhmət Nuri Barmaqsızın təşəbbüsü ilə nəşr olunub.

May ayının sonlarında Türkiyənin Kırşehir Kitab Fuarında imza gününün və İLESAM-ın təşkilatçılığı ilə təqdimat mərasiminin keçiriləcəyi nəzərdə tutulur.

Qeyd edək ki, Anarın “Yaşamaq haqqı” traktatı rusca yazıçının “LİK Azerbaydjana” üçcildliyində yer alıb. Azərbaycanca bu əsər “525-ci qəzet”də hissələrlə oxuculara təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR