Qalaaltı Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının rəsmi kataloqunda yer alıb

Qalaaltı Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının rəsmi kataloqunda yer alıb
# 06 oktyabr 2016 09:27 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Qalaaltı kurort mərkəzi Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının rəsmi kataloqunda yer alıb.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu ilin əvvəlində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının Baş Assambleyasında keçirilən görüş zamanı “Qalaaltı” sanatoriyasının “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna üzv seçilməsi barədə qərar qəbul edilib.

Bu təşkilata 13 ölkədən 36 şəhər daxildir.

Təşkilatın rəsmi kataloq və broşürlarına Qalaaltı kurort mərkəzi daxil edilib və xəritədə assosiasiyaya üzv olan ölkələrin sırasına Azərbaycanın da xəritəsi salınıb.

Qeyd edək ki, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyanın “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutunun 2018-ci il üçün nəzərdə tutulmuş baş konfransının Qalaaltıda keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR